Tibb bacısının ağzı “skoç”la bağlandığı üçün ölübmüş - FOTO

Tibb bacısının ağzı “skoç”la bağlandığı üçün ölübmüş - FOTO

Astarada 77 yaşlı tibb bacısı Zeynəb Əziz qızı Məmmədovanı qətlə yetirən şəxslərin məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1983-cü il təvəllüdlü Elmir Ətrafil oğlu Məmmədov 13 il, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüsal Zaid oğlu Əkbərov 18 il 6 ay və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Rəşid oğlu Süleymanov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Cinayət hadisəsi ötən ilin noyabrın 10-da baş verib. Cinayətkar qrup üzvləri Astara rayonu Kakalos kənd sakini Zeynəb Məmmədovanın evinə basqın ediblər. Onlar yaşlı və ağır ürək xəstəsi olan qadının əl-qolunu, eləcə də ağız və burnunu yapışqan lentlə bağlayıblar.

 

Cinayətkarlar evdən 475 manat pul, 1 338 və 362 manat dəyərində qızıl üzüklər, eləcə də zərərçəkənin qulağında olan dəyəri 466 manat qiymətləndirilən qızıl sırğanı aparıblar. Hadisə yerindən uzaqlaşdıqdan sonra, Z. Məmmədovanın tənəffüs yollarının yapışqan lentlə bağlı qalması və ona yetirilən xəsarətlər qadının ölümünə səbəb olub.

 

Qeyd edək ki, Z. Məmmədova evdə tək yaşayırmış.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...