Sumqayıtda partlayış: 66 yaşlı kişi öldü

Hadisə
12:39 / 16.08.2024
4963
Sumqayıtda partlayış olub.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə avqustun 16-da saat 11 radələrində qeydə alınıb.
“1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır”, - qurum əlavə edib.
Günay