Nardaranda evdən 20 min manat OĞURLANDI

Nardaranda evdən 20 min manat OĞURLANDI

Bakıda evdən oğurluq olub.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20.000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:

 

"Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb".

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR