20-ci sahədə neft buruqlarının yaxınlığında YANĞIN BAŞLAYIB

20-ci sahədə neft buruqlarının yaxınlığında YANĞIN BAŞLAYIB
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində məişət tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Bu barədə Sfera.az-ya FHN-dən məlumat verilib.

 

"Yanğın neft buruqlarının olduğu ərazidə baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR