Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb

Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
Kateqoriya məlum deyil
T

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

 

Bu barədə Nərimanov rayon Prokurorluğundan bildirilib.

 

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR