Cəlilabadda altı yaşlı uşağı avtomobil vurub

Hadisə
10:42 / 04.08.2024
5226
Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, "Report"un məlumatına görə, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü H.Y-ni vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.