Qazaxda mina PARTLADI - Xəsarət alanlar var

Qazaxda mina PARTLADI - Xəsarət alanlar var

Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA)birgə məlumatında bildirilib.

 

Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

 

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

 

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.

 

Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

 

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...

Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ

2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırılıb. Sfera.az  “News24.az”a istinadən xəbər verir ki, bir şəxsin p...