DİN-dən Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı AÇIQLAMA

DİN-dən Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı AÇIQLAMA

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

 

Sfera.az xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

 

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Kiyev Gürcüstandakı müvəqqəti işlər vəkilini geri ÇAĞIRDI

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ölkəsinin Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını açıqlayıb.   Sfera.az xəbər ve...

"Məsuliyyətə cəlb ediləcəksiniz" - Polisdən XƏBƏRDARLIQ!

Yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.    Bununla b...

Dünya bazarlarında neft yenidən BAHALAŞIR

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

İsrailin zərbələri nəticəsində Suriyada ölənlərin sayı 15 nəfərə çatdı

İsrail Silahlı Qüvvələrinin Suriyanın Masyaf şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu ba...

Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə MÜRACİƏT ETDİ

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də öl...

Ronaldu karyerası ərzində 48-ci yığmaya qol vurdu

  Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır. &nb...