Bakıda ticarət mərkəzində baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Bakının Nizami rayonunda baş verən yanğında xəsarət qeydə alınmayıb.

 

Sfera.az xəbər verir ki, bunu "Report"a açıqlmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin sektor müdiri Kapitan Əlibala Əlizadə deyib.

 

O bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

 

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"-deyə sektor müdiri qeyd edib.

 

***

 

15:02

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR