8 ailəlik ev yandı
Kateqoriya məlum deyil
Bakıda yanğın hadisəsi olub.
Sfera.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu ərazisində qeydə alınıb. Ərazidə ümumi sahəsi 730 m² olan birmərtəbəli birdam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.






