Logo

Sexdəki yanğın söndürüldü- VİDEO

Sexdəki yanğın söndürüldü- VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sex yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  Sfera.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən  qısa müddətdə söndürülüb.

***

Yanğın nəticəsində ümumi sahəsi 600kv.m. olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən sahəsi 90kv.m. olan taxta sexi yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR