Logo

Bakı-Qazax yolunda avtomobil aşdı, xəsarət alanlar var

Bakı-Qazax yolunda avtomobil aşdı, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Ağamusa oğlu Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və maşında olan anası, 1957-ci il təvəllüdlü Cəmilə Bayram qızı Abdullayevamüxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, C.Abdullayevanın vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək məqsədi ilə paytaxta göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR