FHN əməkdaşının ölümünün təfərrüatı bəlli oldu

FHN əməkdaşının ölümünün təfərrüatı bəlli oldu
Kateqoriya məlum deyil
T

18:35

 

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Sfera.az-ın məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

 

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.

 

Məlumata görə, hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR