Abşeronda biryaşlı körpə hovuzda BOĞULDU

Hadisə
10:15 / 27.07.2024
2633
Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub.
Sfera.az xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb.
2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində hovuza yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.