Qusarda su kanalında batan şəxsin meyiti TAPILDI

Hadisə
14:10 / 26.07.2024
3396
Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 23 iyul 2024-cü il tarixində Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti batdığı yerdən 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.