Miqrantları daşıyan qayıq aşdı - 41 nəfər ÖLDÜ

Kateqoriya məlum deyil
T
Yəmən sahillərində içərisində 45 miqrantın olduğu qayıq aşıb.
Sfera.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Qəza nəticəsində 41 nəfərin həyatını itirdiyi, 4 nəfərin xilas edildiyi bildirilib.
Qeyd edək ki, 2014-cü ildən bəri Şərqi Afrika və Afrika Buynuzu ölkələrindən Körfəz ölkələrinə gedən yolda 1860 miqrant həyatını itirib.
Ülkər Abdurahmanlı






