Suda boğulma ilə bağlı 13 ölüm qeydə alındı - RƏSMİ

Suda boğulma ilə bağlı 13 ölüm qeydə alındı - RƏSMİ

Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

 

"Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib, 13 nəfərin isə ölüm faktı qeydə alınıb. Suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR