Sumqayıtda yıxılıb xəsarət alan 83 yaşlı qadın xəstəxanada ÖLDÜ

Hadisə
17:42 / 23.07.2024
30920
Sumqayıt şəhərində 11 gün əvvəl yıxılaraq xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.
Sfera.az xəbər verir ki, 1941-ci il təvəllüdlü Salmiyanova Tatyana Salmiyanovna iyulun 12-də şəhərin 3-cü mikrorayon ərazisində yıxılaraq xəsarət alıb.
Yaralı Sumqayıt şəhər 1 saylı Mərkəzi xəstəxanasına gətirilib.
Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.