Hadisə bu klinikada baş verib: Xalq artisti eyvana çıxaraq... - YENİ DETALLAR

Hadisə bu klinikada baş verib: Xalq artisti eyvana çıxaraq... - YENİ DETALLAR

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

 

Sfera.az lent.az-a istinadən bildirir ki, hadisə "MedEra" klinikasında baş verib. 

 

Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının yerləşdiyi şəhərcikdə yaşayır. 

 

Onkoloji xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.

 

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

 

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

 

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanıb. 

 

A.Ağayevin ifadə vermək üçün polisə çağırıldığı bildirilir. 

 

Faktla bağlı hələlik cinayət işi açılmasa da, hadisədə xuliqanlıq hərəkətlərinin olduğu və gələcəkdə bu maddə ilə cinayət işinin başlanacağı da istisna edilmir. 

 

TƏBİB-dən bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəsissələrinə müraciət daxil olmayıb.


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə dəhşətli yol qəzası: 9 nəfər öldü

Şəmkirdə ağır yol qəzası baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeyd...

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.   Sfera.az "Unikal"a...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz&quo...

Nadir və ağrılı xəstəlik səbəbindən sinəsi böyüyən gənc qızın hekayəsi

Mişel adlı 25 yaşlı gənc qız əvvəlcə yalnız qaşınma və qızartı hiss edib. Ancaq tezliklə onun sinəsi hədindən çox dərəcədə böyüməyə başladı və həyatını alt...

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...