Ağadadaş Ağayevin atdığı balta qadına dəyib - RƏSMİ AÇIQLAMA

Ağadadaş Ağayevin atdığı balta qadına dəyib - RƏSMİ AÇIQLAMA

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirməsi ilə bağlı xəbərlər yayılıb.

 

Sfera.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

 

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

 

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR