Bilgəhdə dənizdə batan iki qardaşı ataları XİLAS ETDİ

Bilgəhdə dənizdə batan iki qardaşı ataları <span style="color:#ff0000">XİLAS</span> <span style="color:#ff0000">ETDİ</span>
Kateqoriya məlum deyil21.07.24, 06:407842 👁️
T

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.

 

1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.

 

Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.

 

Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

PAYLAŞ
Sehliyali
Yüklənir...