Rusiyada bu uşaq bağçaları BAĞLANDI - SƏBƏB

Rusiyada bu uşaq bağçaları BAĞLANDI - SƏBƏB

Rusiyanın Belqorod vilayətində Ukrayna ilə sərhəddən 20 kilometr aralıda olan bütün uşaq bağçaları bağlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

 

Məlumata görə, buna səbəb Ukrayna ordusu tərəfindən vilayətin yaxın ərazilərinin artilleriya atəşinə tutulmasıdır. Bir gün əvvəl iki pilotsuz təyyarənin Belqorod vilayətində uşaq bağçalarının yaxınlığında partlayıcı maddə atdığı iddia olunur. Bağçaların bağlanması 50 min insanın təhsil və işinə təsir edəcək.

 

Oktyabrski, Nikolskoye, Tavrovo və Yasnıye Zori kəndlərində uşaq bağçalarının fəaliyyəti dayandırılacaq.

 

Xatırladaq ki, bundan öncə də vilayətin Ukrayna ilə sərhəddə yerləşən bağçalarının fəaliyyəti dayandırılmışdı. Əvvəlki qərarda bağlanan bağçalar sərhəddən 5 kilometr içəridə yerləşənlər idi.

 

Bağçalarla yanaşı, iyulun 23-dən etibarən Belqorod vilayətinin hakimiyyəti son dərəcə çətin əməliyyat vəziyyətinin yarandığı 14 yaşayış məntəqəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR