Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır


Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək.

 

Sfera.az xəbər verir ki, ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək.

 

Bunun üçün klassik avtomobil sahibləri avqustun 15-nədək AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər.

 

Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Park - Heydər Əliyev Mərkəzi -“Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki  daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.

 

Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək. Hər kəs bu avtomobillərin qarşısında gözəl foto çəkdirib, klassik avtomobillərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.     

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...