Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Ermənistan sərhədçilərinin öldürdükləri deyilən azərbaycanlı sürücü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

İranın Qafandakı baş konsulu Morteza Abedin Varam qətlə yetirildiyi bildirilən sürücünün ölmədiyini, vəziyyətinin yaxşı olduğunu qeyd edib.

 

Sfera.az xəbər verir ki, Varam məsələ ilə bağlı polisə şikayət edildiyini diqqətə çatdırıb:

 

“Xoşbəxtlikdən döyülən sürücünün vəziyyəti yaxşıdır, o, evə buraxılıb. Ermənistan polisinə şikayət edilib, iş araşdırılır”. 

 

***

12:46

 

İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb.



İnsident milli zəmində baş verib. Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.

 

Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.

 

Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.

 

Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.
 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...