Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb


Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb

Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə batan 3 nəfər yeniyetmə ilə bağlı bəzi detallar məlum olub.

 

Sfera.az xəbər verir ki, hadisə şahidi bildirib ki, axşam saatlarında yeniyetmələrin üçünü də suda görüb:

 

"Dənizin kənarında onlara yaxın yerdə "Mercedes-Benz" avtomobili dayanmışdı. İçərisində iki qadın, bir kişi və uşaq olub. Bir müddət sonra avtomobilin sürətlə hərəkət edib ərazidən getməsi diqqətimi çəkdi. Gəldik baxdıq ki, dənizdə heç kim yoxdur. Əgər boğulsaydılar, ərazidən qışqırıq səsləri eşidilərdi".

 

2008-ci il təvəllüdlü Abid və 2009-cu il təvəllüdlü Anarın atası Asif Aslanov bildirib ki, iki balam var idi, ikisi də batdı:

 

"Uşaqlar səhər dənizə getmək istəyirdilər. Dedim, qurban olum, getmə. Dedi, "ata, getmək istəyirəm", dedim ki, yaxşı, birlikdə rahat gedərik. Birdən nəsə olar deyə qoymurdum getsinlər".

 

Qeyd edək ki, hazırda batdığı ehtimal olunan şəxslərin - 2007-ci il təvəllüdlü Ağaşirin Ramin oğlu Ağayev, 2008-ci il təvəllüdlü Abid Asif oğlu Aslanov və 2009-cu il təvəllüdlü Anar Asif oğlu Aslanovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən davam etdirilir.

 

Ətraflı Baku TV-nin süjetində:

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...