Lotereya biletləri oğurlayan şəxs saxlanıldı

Hadisə
23:12 / 08.07.2024
7274
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov saxlanılıb.
Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.