Ağdamda avtomobil aşdı: YARALI VAR -FOTO/VİDEO

Ağdamda avtomobil aşdı: YARALI VAR -FOTO/VİDEO
Kateqoriya məlum deyil
T

Ağdam rayonunda yol qəzası baş verib. 

 

Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Bərdə-Ağdam yolunun Təzəkənd kəndindən keçən hissəsində hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetməni itirərək yol kənarında aşıb. Hadisə nəticəsində Ağdam rayonu, Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov xəsarət alıb. 

 

Yaralıya Ağdam rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. 
 

Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.
 




 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR