Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

 

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında  saxlanıb.

O, istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR