Bakıda 12 mərtəbəli binada yanğın oldu - VİDEO

Bakıda 12 mərtəbəli binada yanğın oldu - VİDEO

Bakıda 4 otaqlı mənzil yanıb, xəsarət alan yoxdur.

 

Sfera.az xəbər verir ki, yanğın Nərimanov rayonu, Aşıq Alı küçəsində qeydə alınıb.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində on iki mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində ümumi sahəsi 180kv.m. olan dördotaqlı mənzilin bir otağı qismən yanıb.

 

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 


OXŞAR XƏBƏRLƏR