Naxçıvanda qəza BAŞ VERDİ

Kateqoriya məlum deyil
T
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev küçəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Babək rayon Yarımca kənd sakini, 1991-ci il təvəllüdlü Mehdiyev Elmixan Füzuli oğlu xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.





