“Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO

“Day-dayım var, sürürəm” deyərək qaydaları pozan qadın sürücü SAXLANILDI - VİDEO

Gəncədə “day-dayım var, sürürəm” deyərək idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan xanım sürücü saxlanılıb.

 

Sfera.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bununla bağlı paylaşım edib.

 

O bildirib ki, bu məsələlərdə istisna ola bilməz: “Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür və bu məsələdə heç bir istisna ola bilməz. İstisnalar qanun qarşısında bərabərliyi pozar, bərabərliyin pozulması isə yollarda intizamsızlığı doğurar”.

 

Qeyd edək ki, araşdırmalara əsasən, xanımın "day-day" dediyi tanışının öz adına avtomobil icarəyə götürdüyü və ona bir neçə saatlıq sürməsi üçün verdiyi bəlli olub. Müvafiq qurumdan bildirilib ki, həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

 

Xatırladaq ki, Gəncədə xanım sürücü idarə etdiyi avtomobillə qaydanı pozaraq təhlükəli manevrlər edib, həmin anın videogörüntüsünü sosial şəbəkə hesabında paylaşıb. Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona kiminsə "day-dayılıq" etdiyini bildirib. 

 

Türkan 
 


OXŞAR XƏBƏRLƏR

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...

Ali Koç istefa verəcək? - Özü açıqladı

"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.   Klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.   O, klub...

Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər

"C" və "E" vitaminləri kimi antioksidantlar uzun müddətdir ki, yaşlanma və streslə mübarizədə əvəzolunmaz köməkçilər hesab olunur. Onlar hüc...