Lənkəranda minik avtomobili 33 yaşlı velosipedçini VURDU

Lənkəranda minik avtomobili 33 yaşlı velosipedçini VURDU

Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az-ın verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub.

 

A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

 

Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar.

 

Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reansimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda xəstənin müalicəsi reansimasiya şöbəsində davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR