Salyanda ağır qəza - bir ailənin dörd üzvü XƏSARƏT ALDI

Salyanda ağır qəza - bir ailənin dörd üzvü XƏSARƏT ALDI

Salyanda minik avtomobili traktorla toqquşub.

 

Sfera.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

 

"VAZ-2107" markalı avtomobilin traktorla toqquşması nəticəsində bir ailənin üç üzvü ağır xəsarət alıb.

 

Yaralılar Salyan xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Baş verən digər hadisə isə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"KIA" markalı avtomobil idarəetməni itirərək beton dirəyə çırpılıb. Nəticədə bir nəfər xəsarət alıb.

 

Yaralı Salyan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR