Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxs SAXLANILDI

Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxs SAXLANILDI

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən xəbərə görə, ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.

 

Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.

 

Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.


OXŞAR XƏBƏRLƏR

İyun ayında 47 sel hadisəsi qeydə ALINDI

2024-cü ilin iyun ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan...

Rusiyanın sərbəst güləş üzrə məşqçisi terrorçuluqda ittiham olundu

Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmatzoda terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunub.   ...

Azərbaycan 56 milyonluq ayaqqabı ALDI

Bu ilin yanvar-may aylarında Azərbaycan 56,2 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.   Sfera.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi m...

NATO Latviyadakı kontingentini xeyli ARTIRACAQ

Yaxın iki il ərzində NATO-nun Latviyadakı bölmələrinin şəxsi heyətinin ümumi sayı 5 min nəfərə çatdırılacaq.   Sfera.az-ın məlumatına görə, bunu Latv...

BMT rəsmisi Azərbaycandakı fəaliyyətinin üçüncü ildönümü ilə bağlı paylaşım etdi

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva Bakıda olmasının üçüncü ildönümü münasibətilə paylaşım edib.   Sfera.az-ın məlumat...

İlham Əliyevlə Ərdoğanın səmimi dialoqu- VİDEO

Xəbər verdiyimiz kimi, Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif aras...