Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.

 

Belə ki, "Ford" markalı avtomobillə toqquşan "VAZ-21015"də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.

 

Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Vəfat edən Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.

 

Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.

 

Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı "Ford" markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 


OXŞAR XƏBƏRLƏR

Bu tarixdən məktəbəhazırlıq qruplarına QƏBUL BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.  &...

"Onlar barədə də tədbir görüləcək" - MÜTDA direktorundan XƏBƏRDARLIQ

"Onlar barədə də tədbir görüləcək".   Sfera.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov...

Rusiya satanizmdən qorxur – Bu fəaliyyət qadağan edilə bilər

Dövlət Duması Rusiyada satanizmi qadağan etmək və hərəkatı ekstremist kimi tanımaq istəyir.   Sfera.az “Kommersant” qəzetinə istina...

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarix AÇIQLANDI

İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.   ...

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində İŞTİRAK ETDİ - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəm...

Ötən ay Bakıda 27 nəfəri gün vurdu

İyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar 27 nəfərin müraciəti qeydə alınıb.   ...