İmişlidə müxtəlif növ silah-sursat tapılıb
![İmişlidə müxtəlif növ silah-sursat tapılıb](https://sfera.az/photo/orginal/2024/06/30/1719727492_1215042.jpg)
Hadisə
10:27 / 30.06.2024
5029
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib