Qaxda faciəvi yol qəzası - Ailənin 4 üzvü ÖLDÜ - FOTO - YENİLƏNDİ - 4

Qaxda faciəvi yol qəzası - Ailənin 4 üzvü ÖLDÜ - FOTO - YENİLƏNDİ - 4

Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha ikisi xəsarət alıb.

 

Sfera.az-ın məlumatına görə, rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

 

Qəza zamanı onların 2 azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

***

 

23: 04

 

Qaxda ağır yol qəzasında 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin Sfera.az-a bildirilib ki, iyunun 29-da saat 20 radələrində rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər - 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

 

Həmçinin, digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

***

 

22:58

 

Qaxda ağır yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin də xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Daha iki sərnişin isə xəstəxanada dünyasını dəyişib. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

21:50

 

Qaxda ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, qəza zamanı "Ford"la toqquşan "VAZ-21015"də olan digər sərnişin xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

***

 

20:50

 

Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Elza onların arxiv fotosunu yaydı

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.  Sfera.az xəbər verir ki, illər əvvəl lentə alınan şəkildə Xalq artisti Azərin v...

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...