DİN Xankəndi, Xocalı, Kəlbəcər və Laçınla bağlı MƏLUMAT YAYDI

DİN Xankəndi, Xocalı, Kəlbəcər və Laçınla bağlı MƏLUMAT YAYDI

İyunun 22-28-də Xankəndi, Xocalı, Kəlbəcər və Laçında külli miqdarda silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 26 avtomat silahı, 3 pulemyot, 1 tapança, 3 tüfəng, 27 qumbara, 2 qumbaraatan, 36 alışdırıcı, 13 mərmi, 5 süngü-bıçaq, 115 patron darağı, 4780 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb.

 

Kəlbəcər rayonunun Vəngli kəndi ərazisindən isə 1 avtomat silahı, 7 patron darağı, 255 ədəd müxtəlif çaplı patron tapılıb.

 

Həmçinin, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 4 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 12 qumbara, 10 alışdırıcısı, 10 ədəd patron darağı və 278 ədəd müxtəlif çaplı patron aşkar edilib.

 

Laçın rayonu ərazisindən isə 2 avtomat silahı, 1 tapança, 1 tüfəng, 13 qumbara, 3 süngü-bıçaq, 16 patron darağı və 270 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.


OXŞAR XƏBƏRLƏR

DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Şuşa “ASAN Xidmət” mərkəzində vakant olan sıravi və kiçik ...

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkəti ilə GÖRÜŞDÜ

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Dünya Enerji Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və İt...

Bu xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.   Sfera.az report-a istinadən x...

Bu küçədə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILACAQ - XƏBƏRDARLIQ!

Bu gündən Bakının Yasamal rayonunun Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər) aparılan əsaslı təmir işləri ilə əlaq...

COP29-un prezidenti Klaver Qatete ilə GÖRÜŞDÜ

COP29-un prezidenti Muxtar Babayev BMT-nin Afrika İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barə...

Filippinin yeni səfirinin etimadnaməsi QƏBUL EDİLDİ - YENİLƏNDİ

Prezident İlham Əliyev iyulun 1-də Filippin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsin...