Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti ÇIXARILDI - YENİLƏNDİ - 2

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti ÇIXARILDI - YENİLƏNDİ - 2

Cəlilabad rayonunda 11 yaşlı yeniyetmənin su anbarında boğulması ilə bağlı təfərrüatlar məlum olub.

 

Sfera.az xəbər verir ki, hadisə bu gün Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarında qeydə alınıb.

 

Belə ki, suda batan şəxs qonşu Cəfərxanlı kənd sakini, 2013-cü il təvəllüdlü Mənsurov Səməd Amil oğlu öz həmyaşıdı ilə buraya çimmək məqsədi ilə gəlib. İlk olaraq suya daxil olan Səməd batmağa başladığından digər yeniyetmə özünü itirib və qaçmağa başlayıb.

 

Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsi xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.

 

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb. Meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

 

21:00

 

Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.

 

Sfera.az xəbər verir ki, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndində yerləşən su bəndində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***

 

20:52

 

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

 

Sfera.az-ın report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

 

Hazırda boğulan şəxsin axtarışı aparılır.

 

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma başlayıb.


OXŞAR XƏBƏRLƏR

Sabahdan bu avtomobillərin fəaliyyəti qadağan edilir

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...

Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO

Məhərrəm ayı yaxınlaşdığından restoranlarda sifarişlərin sayı da artıb.   Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7 faiz artıb. ...

Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb

Tərtər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az report.az-a istinadən xəbər verir ki, avtomobil hərəkətdə ol...

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmə...

Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir.    Sfera.az x...

Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərn...