Logo

6 otaqlı ev yandı, bir nəfər öldü

6 otaqlı ev yandı, bir nəfər öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Füzulinin Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Təcili yardım hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhdlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR