Jurnalist öldürülən polisdən DANIŞDI: "Çox utanırdım,səhər tezdən..."

Jurnalist öldürülən polisdən DANIŞDI:

Jurnalist Məğrur Salmanov bu gün Bakıda öldürülən polis kapitanı Eldəniz Məmmədovla xatirələrini danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial media hesabında paylaşım edib:

 

“Eldənizlə qonşu idik. Zəhmli görünür, ancaq yumşaq adam idi. Demək həyətdə 5 maşınlıq dayanacağımız var idi. Cəmi 5 qonşu maşını saxlayırdı. Mən yeni idim, çox sıx olurdu həyət. Bir dəfə maşınımı onun maşının qabağında saxladım. Gecə maşını kənara çəkməyi unutmuşdum. Üstündən 2-3 gün keçəndən sonra liftdə qarşılaşdıq. Çox utanırdım. Adam səhər tezdən qapını döyməyə üzü gəlməyib, taksi ilə işə gedib. Nə isə üstündən bir neçə gün keçəndən sonra liftdə qarşılaşdıq. Əlini çiynimə qoyub, "ay səni tutdum" deyə ağır-ağır güldü. İkimiz də güldük. Dostluq yarandı.

 

Eldəniz məhləni işıqlandırmaq üçün projektor almışdı, öz sayğacına qoşmuşdu. Məhlənin səliqə səhmanına təşəbbüs göstərən adam idi. Məhlədə hündür quru ağaclar var idi, külək əsəndə təhlükəli idilər. Nə qədər çalışsa da, aidiyyəti qurumlara ağacları kəsdirə bilməmişdi. Mənə tez -tez "gör neyləyə bilirsən, ay jurnalist..." deyirdi. Yaşıllaşdırmaya ağacları hamısını doğratmışdım. Bu da bir xatirə. Allah rəhmət eləsin!” (metbuat.az)


OXŞAR XƏBƏRLƏR

Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşdü

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb. &nb...

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Nahid Bağırov Kələzeyvə kəndinin sakinləri ilə görüşüb -FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərinin növbəti səyyar qəbulunu keçirib.  Sfera.az xəbər verir ki, ...

Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ

Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin ...

Hakan Fidan Vladimir Medinski ilə görüşəcək

Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə gör...