Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var

Kateqoriya məlum deyil
T
“Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırıldığı bildirilir.
Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat verib.
Məlumata görə, hadisə zamanı xəsarət alanlar olub.
Qeyd edək ki, əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.






