BDU-nun müəllimi VƏFAT ETDİ - FOTO

BDU-nun müəllimi VƏFAT ETDİ - FOTO

 

Bakı Dövlət Universitetinin müəllimi vəfat edib.

 

BDU-nun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi Lalə Hüseynova dünyasını dəyişib.

 

Bildirilib ki, Lalə Hüseynova 1974-ci ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Biologiya fakültəsində təhsil alıb. O, 2004-2009-cu illərdə BDU-nun Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının qiyabi aspirantı olub. 2009-cu ildə mikrobiologiya ixtisası üzrə fəlsəfə doktoru adı alıb. 2000-2013-cü illərdə BDU-nun Mikrobiologiya kafedrasında böyük laborant, 2013-2023-cü illərdə Torpaqşünaslıq kafedrasında böyük laborant, 2023-cü ildən Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müəllimi kimi çalışıb. O, 49-dan çox elmi məqalənin müəllifi olub.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR