Moskvada qasırğa səbəbindən 18 nəfər xəstəxanaya YERLƏŞDİRİLDİ

Kateqoriya məlum deyil
T
Rusiyanın paytaxtı Moskva şəhərində qasırğa səbəbindən 18 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 4-ü uşaqdır, vəziyyətləri qənaətbəxş hesab olunur.






