Azərbaycanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

Azərbaycanda AĞIR QƏZA - Ölən və xəsarət alanlar var

Xaçmaz rayonunun Niyazoba kəndində bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az-ın məlumatına görə, “Mercedes” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

 

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Xaçmaz rayon sakini Əhmədov Qabil Əzizağa oğlu hadisə yerindəcə ölüb.

 

Avtomobildə olan digər sərnişinlər Xaçmaz rayon sakinləri - 1957-ci il təvəllüdlü Əhmədov Əkrəm, 1959-cu il təvəllüdlü Əhmədova Rəhilə və 1960-cı il təvəllüdlü Əhmədova Mafizə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır.(Report)


OXŞAR XƏBƏRLƏR