Sabirabadda YOL QƏZASI - Xəsarət alanlar var

10:15 / 17.06.2024
2722
Sabirabadda yol qəzası olub, xəsarət alanlar var.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.