Fransa AZƏRTAC-ın əməkdaşının Şengen ərazisinə girişini BLOKLADI

Fransa AZƏRTAC-ın əməkdaşının Şengen ərazisinə girişini BLOKLADI

Fransa AZƏRTAC-ın əməkdaşının Şengen ərazisinə girişini bloklayıb.

 

Sfera.az xəbər verir ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AZƏRTAC-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb.

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında əməkdaşımız Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər. Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AZƏRTAC-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda, Almaniyanın rəsmi qurumlarının Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra ona ölkəyə daxil olmasına icazə verilib.

 

Xatırladaq ki, jurnalist UNFCCC-nin tədbirinə dəvət edilib və iqlim dəyişikliyi məsələsi hazırda ən aktual problemlərdən biridir.

 

Məsələ ilə bağlı AZƏRTAC-ın yaydığı bəyanatda jurnalistlərə qarşı Fransanın bu cür hərəkətinin böyük sual doğurduğu vurğulanır: “Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AZƏRTAC-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyirik.

 

Qeyd edək ki, bundan əvvəl də Fransa AZƏRTAC-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Media azadlığı, azad söz, fikir müxtəlifliyi prinsiplərinin “carçısı” olan Fransa hakimiyyətinin bu hərəkəti heç bir məntiqə sığmır.

 

Prezident Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir ki, onun partiyası bu günlərdə Avropa Parlamentinə seçkilərdə də acı məğlubiyyətə uğradı. Lakin Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir və bu çirkin niyyətini artıq fərdi şəxslərə, özü də media nümayəndələrinə qarşı həyata keçirməyə başlayıb”.


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...