Avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada öldü

Hadisə
19:27 / 10.06.2024
5874
Sumqayıtda avtobusun vurduğu 69 yaşlı kişi xəstəxanada ölüb.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə 3 gün əvvəl "Saray yolu" adlanan ərazidə baş verib.
1955-ci il təvəllüdlü Füzuli Əjdər oğlu Əliyevi marşrut avtobusu vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, o bu gün müalicə aldığı xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.