Ötən həftə azad olunan ərazilərdə 135 mina ZƏRƏRSİZLƏŞDİRİLİDİ
Hadisə
14:57 / 10.06.2024
4070
Azad olunan ərazilərdə iyunun 3-9-da 47 tank əleyhinə mina, 88 piyada əleyhinə mina, 615 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən 1362.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.