"Meyvəli" bazarda meyvələrİ oğurladılar

"Meyvəli" bazarda meyvələrİ oğurladılar
Kateqoriya məlum deyil
T

Bakıda bazarda oğurluq edilib.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda bir nəfərin 3 yeşik alçası, bir nəfərin mobil telefonu və 2 avtomobildən mobil telefonlar oğurlanıb.

 

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Seyran Hüseynov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

 

Əldə etdiyimiz məlumata görə, hadisə "Meyvəli" bazarda qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR